Mobil versiya
Meliorasiya obyektlərinin tikintisi yüksək keyfiyyətlə həyata keçirilir
Tarix: 23-09-2019 | Saat: 11:59
Bölmə:Gündəm | çapa göndər

Meliorasiya obyektlərinin tikintisi yüksək keyfiyyətlə həyata keçirilir




Müəssisə rəhbərləri Ramiz Vəkilovun rəhbərlik etdiyi Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərin Birləşmiş Müdiriyyəti tərəfindən keçirilən tenderlərdə obyektivliyin gözlənildiyini təsdiq edirlər

Bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Aydındır ki, üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirə bilmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. O cümlədən Meliorasiya və Su Təsərrüfatı ASC-nin tərkibində fəaliyyət göstərən Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərin Birləşmiş Müdiriyyəti (TOM və İOBM) Azərbaycan Respublikası üzrə iri həcmli meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi və həyata keçirilməsi istiqamətində böyük həcmdə zəruri işlər görür.

50 ildən artıq iş təcrübəsinə sahib olan Müdiriyyət bu gün kanal, nasos stansiyaları, su anbarları, kollektor-drenaj şəbəkələri, bəndlər və sairə bu kimi xüsusi əhəmiyyətli obyektlərin layihələndirilməsi və həyata keçirilməsi işlərində sifarişçi funksiyasını yerinə yetirir. Həmçinin Müdiriyyət, hüquqi şəxs kimi su təsərrüfatı obyektlərinin əsaslı tikintisinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərini idarə edir.




Göründüyü kimi, TOM və İOBM-in üzərinə düşən vəzifələr həqiqətən də son dərəcə böyük məsuliyyət və yüksək peşəkarlıq tələb edən işlərdir. Lakin Ramiz Vəkilovun uğurla rəhbərlik etdiyi kollektiv bu işlərin öhdəsindən bacarıqla gəlir. O cümlədən Müdiriyyətin əməkdaşları tərəfindən layihə-smeta sənədlərinin hazırlanması, layihələrin ekspertizası və təsdiq edilməsi üzrə işlər qəbul olunmuş dövlət sifarişlərində müəyyən edilmiş müddətlərə uyğun olaraq vaxtında və böyük dəqiqliklə həyata keçirilir.

Həmçinin Müdiriyyətin funksiyalarına hər hansı layihənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının və Beynəlxalq Satınalmalar haqqında qanuna uyğun olaraq layihə, tikinti xidmətləri və avadanlıqların alınması üzrə tenderlərin keçirilməsi və müqavilələrin bağlanması da aiddir. Məhz bu funksiyalarla bağlı xüsusi olaraq bir məqamı qeyd etmək istərdik ki, bilavasitə Müdiriyyətin keçirdiyi tenderlərin müxtəlif vaxtlarda iştirakçısı olmuş əksər müəssisə rəhbərləri bu prosesin kifayət qədər obyektiv və şəffaf keçirildiyini təsdiq edirlər. Aldığımız məlumatlarda bildirilir ki, Ramiz Vəkilovun şəxsi peşəkarlığı, yüksək idarəçilik qabiliyyəti, özünə və əməkdaşlara qarşı olan tələbkarlığı və əlbəttə ki, rəhbərlik etdiyi kollektivin yüksək potensialı Müdiriyyətin işində dəqiqliyi və operativliyi lazımi səviyyədə təmin edir.


Qeyd edək ki, Müdiriyyətin ölkənin müxtəlif ərazilərində tikinti, torpaq, beton, dəmirbeton və digər işlərin yerinə yetirilməsi üzrə nəzarəti həyata keçirən texniki-nəzarətçiləri və “Şəmkir çay üzərində dəryaçanın tikintisi” obyekti üzrə tikintiyə nəzarət qrupu mövcuddur. Hal-hazırda müdiriyyətin tərkibində yüksək ixtisaslı və çoxillik təcrübəyə malik onlarla mühəndis fəaliyyət göstərir. Təsadüfi deyil ki, müdiriyyətin mütəxəsisləri Dünya Bankı, İslam İnkişaf Bankı və bir çox digər Beynəlxalq malıyyə qurumları tərəfindən “Kənd təsərrüfatı layihələrinin analizi və maliyələşdirilməsi” mövzusunda təşkil olunan seminarlarda iştirak etmişlər və banklar tərəfindən sertifikatlarla təltif olunmuşlar.


Təbii ki, bütün bu işlərin vaxtında və səmərəli şəkildə həyata keçirilməsi üçün böyük zəhmət, iş təcrübəsi və peşəkarlıq tələb olunur. Tam səmimi olaraq demək olar ki, Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilov bütün bu keyfiyyətləri özündə cəmləyə bilmişdir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024