Mobil versiya
Hikmət Hacıyev: Azərbaycan türkmən qazının öz ərazisindən tranziti imkanını nəzərdən keçirə bilər
Tarix: 17-09-2019 | Saat: 16:54
Bölmə:Siyasət | çapa göndər

Hikmət Hacıyev:


Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərbaycan qazın öz ərazisindən tranziti imkanını nəzərdən keçirə bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının xaric siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi mövzusunda seminar zamanı deyib.

O bildirib ki, türkmən qazının nəqli prosesində Azərbaycan tranzit ölkə ola bilər:

“Əlbəttə ki, bu qərar Azərbaycandan asılı deyil, bu qərar ixracatçı və idxalatçılar tərəfindən qəbul olunmalıdır. Bu qərar qəbul olunacağı təqdirdə, Azərbaycan tranzit ölkə qismində iştirakını nəzərdən keçirə bilər”.

Energetika nazirinin müavinin Elnur Soltanov öz növbəsində bildirib ki, bu məsələdə Azərbaycanın mövqeyi aydındır:

“Üçüncü ölkələrə məxsus qazla bağlı, biz müvafiq təşəbbüs irəli sürüləcəyi təqdirdə tranzitlə bağlı kömək göstərə bilərik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024