Mobil versiya
Yeniyetmə və gənc karateçilərimiz Macarıstanda 3 qızıl və 5 bürünc medal qazandılar
Tarix: 17-09-2019 | Saat: 08:00
Bölmə:İdman | çapa göndər

Yeniyetmə və gənc karateçilərimiz Macarıstanda 3 qızıl və 5 bürünc medal qazandılar


Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirini 8 medalla başa vurublar.

Azərbaycan Milli Karate Federasiyasından aia.az-a verilən məlumata görə, baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi komandanın üzvlərindən 16-17 yaşlı gənclərdə Hüseyn Məmmədli (61 kq), Ayla Rzazadə (-59 kq), həmçinin 21 yaşadək gənclər arasında Murad Hacızadə (+84 kq) qızıl medal qazanıblar.

Böyüklər arasında da özünü sınayan M.Hacızadədən (+84 kq) başqa 16-18 yaşlı gənclərdən Sultan Hüseynov (-55 kq), Tale Yaqubov (-68 kq), 21 yaşadək gənclərdən isə Hümmət Baxşəliyev (-67 kq) və Fidan Teymurova (-50 kq) bürünc mükafata sahib olublar.

Ənənəvi “Budapeşt Open” tunririnə 36 ölkədən 1875 karateçi qatılıb. Macarıstandakı yarış və sentyabrın ikinci yarısı İranın Urmiyə şəhərində daha bir beynəlxalq turnir, oktyabrın axırında Çilidə dünya çempionatına sınaq məqsədi daşıyır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024