Mobil versiya
Gürcü nazir Bakıya danışıqlara gəlir
Tarix: 16-09-2019 | Saat: 10:34
Bölmə:Siyasət | çapa göndər

Gürcü nazir Bakıya danışıqlara gəlir


Bu gün Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Azərbaycana rəsmi səfər edəcək.

Azvision.azxəbər verir ki, səfərin məqsədi Azərbaycanla Gürcüstan arasında iqtisadi münasibətlərin, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdır.

Səfər çərçivəsində Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi müzakirə ediləcək. Bundan əlavə, Gürcüstan nümayəndə heyətinin Bakıda bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, səfər iki gün davam edəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024