Mobil versiya
Təhsil haqqını ödəyə bilməyən Zeynəbə yardım edildi
Tarix: 22-08-2019 | Saat: 16:03
Bölmə:Təhsil | çapa göndər

Təhsil haqqını ödəyə bilməyən Zeynəbə yardım edildi


Azərbaycan Dillər Universitetinin “Jurnalistika” fakültəsinə ödənişli əsaslarla qəbul olan, lakin təhsil haqqını (1500 AZN) ödəyə bilməyən Astara sakini Zeynəb Əlizadəyə maddi yardım göstərilib.

Zeynəblə bağlı bu gün Azvision.az saytında dərc olunan yazıdan sonra xeyirxah insanlar redaksiyamızla əlaqə saxlayaraq gənc qıza kömək etmək istədiklərini bildiriblər. Adının açıqlanmasını istəməyən şəxs təhsil haqqının yarısını (750 manat) ödəyib.

Digər bir oxucumuzun təşəbbüsü ilə onun adına bank hesabı açılacaq və IV kursu bitirənə qədər hər ay hesaba 100 manat vəsait köçürüləcək.

Təhsil haqqının ödənilməsi üçün "Hədəf" kurslarının direktoru Şəmil Sadıqov 200, başqa bir oxucu isə 400 manat vəsait göndərib. Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsində 150 manat yardım yığılıb. Beləliklə, bir illik təhsil haqqının ödənilməsi üçün lazım olan vəsait toplanılıb.

Qeyd edək ki, Astara rayonunda yaşayan Zeynəb Əlizadənin atası yoxdur, anası isə yataq xəstəsidir. Ona indiyədək yaşlı nənəsi baxıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024