Mobil versiya
Ermənistanda əsgər valideynlərinin etirazı: “Orduda özbaşınalıq və xaos tüğyan edir”
Tarix: 22-08-2019 | Saat: 12:56
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ermənistanda əsgər valideynlərinin etirazı:



Ermənistanda etirazlar səngimir. Bu dəfə əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar hərbi hissələrdə komandirlərin övladlarına etdikləri təzyiq və işgəncələrə son qoymalarını tələb ediblər.

Etirazçılar Ermənistan ordusunda özbaşınalıq və xaosun tüğyan etdiyi bildiriblər. Son altı ayın statistikasına görə, orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 33-ə çatıb. Onlardan 14-ü hərbi hissələrdəki özbaşınalığa dözə bilməyərək intihar edib.

Narazı əsgər valideynləri qeyd ediblər ki, qeyri-döyüş şəraitində itkilərin artması hərbi hissələrdəki xaosdan xəbər verir. Bunun nəticəsində əsgəri xidmətdən yayınma halları artıb. Cəmiyyətin orduya inamı yoxdur. Çünki xidmət keçənlərin əksəriyyəti evlərinə, ən yaxşı halda, əlil olaraq qayıdır. Hökuməti isə onların sonrakı taleyi maraqlandırmır. Valideyn Ağban Vardanyan bildirib ki, övladı bir il əvvəl məcburi olaraq Dağlıq Qarabağa hərbi xidmətə göndərilib. Valideynin sözlərinə görə, oğlu bu yaxınlarda hərbi hospitala yerləşdirilib. Övladının hərbi hissənin komandir müavini tərəfindən döyüldüyünü deyən narazı valideyn vurğulayıb ki, həmin şəxs oğluna işgəncə verdikdən sonra onu boğaraq öldürmək istəyib. Etirazçılar bildiriblər ki, müdafiə naziri onları qəbul etməsə aksiyanı dayandırmayacaqlar.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisindən bildirilir ki, orduda baş verən problemlərin kökündə rüşvət və korrupsiya dayanır. Ermənistan təhlükəsizlik xidmətinin keçirdiyi istintaq nəticəsində müdafiə nazirliyinin ehtiyacları üçün xərclənməli olan pulların mənimsənilməsi üzə çıxıb. İstintaq məlumatına görə, müdafiə nazirliyinin yüksək rütbəli şəxsləri təchizatçı şirkətlə cinayət əlaqəsinə girərək dəyəri aşağı olan malları bağladıqları müqavilədə yüksək qiymətə göstərirlər. Məlumatda bildirilib ki, faktlar bağlı cinayət işi də açılıb, istintaq gedir. (AzərTAc)


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024