Mobil versiya
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb
Tarix: 21-08-2019 | Saat: 14:53
Bölmə:Ölkə | çapa göndər

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb



Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün Vətənə dönüb.

Bu barədə aia.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Zəvvarların ilk qrupunu gətirən təyyarə saat 14:20-də Bakıya çatıb.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.

Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024