Mobil versiya
“Təyyarənin “qara qutu”su zədələnib” - Açıqlama
Tarix: 21-08-2019 | Saat: 14:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Təyyarənin “qara qutu”su zədələnib”


“İnternetdə bu tipli qəzaları araşdırdım, məlumatlar topladım. Qəribədir ki, qəzaların böyük əksəriyyətində pilot katapult edib. Rəşadın təyyarə qəzası sirlidir. "Qara qutu"nun açılması və məlumatların oxunması bu qəzanın üzərinə böyük işıq saçacaq".
Azvision.az xəbər verir ki, bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli deyib.

Q.Hüseynli qeyd edib ki, Rəşadın qəzaya uğradığı təyyarə ilə radar və radioəlaqə eyni vaxtda kəsilib: "Əlaqə kəsilən kimi təyyarənin dənizə doğru yönləndiyi təspit edilib. Hər şeyi aparılan tədqiqatların nəticəsi göstərəcək. Bildiyimə görə, "qara qutu" Azərbaycanda tədqiq olunacaq. Bununla bağlı laboratoriya yaradılıb. Bildiyimiz kimi, təyyarə son təmir üçün Ukraynanın Lvov şəhərinə göndərilib. Ona görə də Ukraynadan mütəxəssislər çağırılıb.

"Qara qutu" bir qədər zədələndiyinə görə özləri ilə qab gətirəcəklər və qutu yeni qaba köçürüləcək. Məncə, problem olmadan oxunacaq. "Qara qutu"nun Rusiyaya göndərilməsi variantını mənim kimi ölkə rəhbrəliyi də istisna edir".

Q.Hüseynli vurğulayıb ki, Rəşad Atakişiyev çox şərəfli ömür sürüb. Onun bir çox xəyalları var idi. Amma reallaşa bilmədi.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024