Mobil versiya
“Məktəb rəhbərliyi tərəfindən saxtakarlığa yol verilib” - QALMAQAL
Tarix: 21-08-2019 | Saat: 11:50
Bölmə:Manşet / Təhsil | çapa göndər

“Məktəb rəhbərliyi tərəfindən saxtakarlığa yol verilib” - QALMAQAL


“Zaur Ələkbərov bu işin altından rahat şəkildə çıxmağa çalışır”
“Məktəb rəhbərliyi tərəfindən saxtakarlığa yol verilib” - QALMAQAL
Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı direktor Zaur Ələkbərov və 11 A sinfinin müəllimləri arasında qalmaqal davam edir. Bir neçə müəllim Əliyev Siruz adlı şagirdi tanımadıqları halda, onların xəbəri olmadan bütün fənnlərdən ona qiymət yazılmasına və dərs ilinin sonunda attestat verilməsinə etiraz edir. Buna görə sözügedən məktəbin müəllimləri Hüseynov Murad Əli oğlu və İbayev Fuad Ələkbər oğlu tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, təhsil naziri Ceyhun Bayramova, baş prokuror Zakir Qaralova, Təhsil Nazirliyinin İnsan Resusları Şöbəsinə, Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin rəisi Kənan Quliyevə ünvanlanan məktub eyni zamanda “Hürriyyət”in redaksiyasına da göndərilib.

“Məktəbin direktoru Zaur Ələkbərov saxtakarlığa yol verib”

Məktub müəllifləri yazır: “Hörmətli cənab nazir və səlahiyyət sahibləri, biz aşağıda imza edən müəllimlər sizə təkrar olaraq bildiririk ki, işlədiyimiz Cəlilabad rayon Göytəpə şəhər V. Mürsəlov adına 1 nömrəli tam orta məktəbində 2018-2019-cu tədris ilinin sonunda məktəb rəhbərliyi tərəfindən böyük saxtakarlığa yol verilib. Belə ki, məktəbin 11-A sinifində il boyu jurnal üzrə 20 şagird təhsil alıb. 2019-cu ilin tədris ilinin yekun pedoqoji şurası keçirildi. Bu içlasla da tədris ilinə son qoyuldu. Lakin bundan sonra Məktəbin direktoru Zaur Ələkbərov Azərbaycan Respublikasının Konustitusyasının 24-cü maddəsinin 2-ci bəndinin kobud şəkildə bilərəkdən pozub, vəzifə səlahiyyətlərindən sui istifadə edərək dövlət sənədi olan məktəb jurnalı üzrə bütün fənnlərdə saxtakarlığa yol verib. İlboyu üzünü bir dəfə də olsun görmədiyimiz şagirdin adını yazıb, fənnlər üzrə müəllimlərin xəbəri olmadan həmin şagirdə yüksək ballar və qiymətlər çıxarıb, sonda isə dövlət sənədi hesab edilən attestat verib”.

“Təhsil Nazirliyi bu məsələni ört-basdır etməkdə maraqlıdır”

“Ulu öndər belə bir fikir demişdi: “Mən həyatda müəllim adından yüksək və şərəfli ad tanımıram” Lakin Göytəpə şəhər V.Mürsəlov adına bir nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərov Ulu öndər Heydər Əliyevin müəllim peşəsinə verdiyi yüksək qiymətə çox təəssüf ki, öz şəxsi maraqlarına xidmət edərək xələl gətirib. Bununla bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciət etmişik. Lakin bu məsələnin nə dərəcədə araşdırılması ilə bağlı heç bir məlumat verilmir. Çox təəssüflə qeyd etmək istəyirik ki, məktəb direktoru Zaur Ələkbərov ictimayyət arasında gəzən söz-söhbətlərə baxmayaraq, Təhsil Nazirliyinin bəzi əməkdaşlarının köməkliyi ilə o, bu işin altından rahat şəkildə çıxmağa çalışır. Şikayətçi tərəf kimi hesab edirik ki, Təhsil Nazirliyinə 1 aydan çoxdur ki, dəfələrlə ünvanladığımız şikayət məktublarına biganə yanaşılması və məktəb direktorunun cəmiyyət arasında formalaşdırdığı fikir bir daha onu deməyə əsas verir ki, Təhsil Nazirliyi bu məsələni ört-basdır etməkdə maraqlıdır”, - deyə məktubda vurğulanır.

“Məktəbin müəllimləri direktor tərəfindən təzyiqlərə məruz qalır”

Şikayətçilərin sözlərinə görə, 22.07.2019-cu il tarixində Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi dövlət sənədində saxtakarlığa yol vermiş məktəb direktoru Zaur Ələkbərovu nazirliyə çağırıb: “Lakin bu görüşdən geri qayıdan Zaur Ələkbərov daha da arxayınlığa çıxmış kimi özünü göstərərək bildirir ki: “kim hara şikayət edir, etsin, mənim yuxarıda adamım var. Məsələni həll etmişəm. Kiminsə mənə gücü çatmaz”. Məktəb direktoru Zaur Ələkbərovun bu kimi saxtakrlığını tənqid edən məktəbin müəllimləri direktor tərəfindən təzyiqlərə məruz qalır. Bunlardan biri də məktəbin hərbi müəllimi İkram Məmmədovu göstərmək olar. İkram Məmmədovun oğlu 11 B sinifində oxuyurdu. O Fizika fənni üzrə zona olimpiada qalibi olub. Buna baxmayaraq, həmin şagirdin atası İkram Məmmədov məktəb rəhbəri Zaur Ələkbərovun saxtakarlığını tənqid etdiyi üçün həmin şagirdə jurnal üzrə fizika fənni üzrə illik qiymət 5 olduğu halda adı saxtakarlığda adı hallanan məktəb direktoru şəxsi qərəzliyə yol verərək və şagirdin hüquqlarını pozaraq, onu Təhsil Nazirliyinin sistemində 3 qiymətlə qiymətləndirib”.

“Adı çəkilən sinifdə dərs deyən fənn müəllimlərinin izahatları alınsın”

“Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, 2018-2019-cu il tədris ilində məktəbi bitirən şagirdlərə verilən attestat qiymətləri Təhsil Nazirliyinə təqdim edilən qiymət cədvəli ilə uyğun gəlmir. Hesab edirik ki, məktəb direktoru burada da saxtakarlığa yol verib. Bu ittihamlar araşdırılmalıdır. Şikayətçi tərəf olaraq Təhsil Nazirliyindən tələb edirik ki, şikayətimizlə bağlı 11 A sinifində baş vermiş qanun pozuntularının araşdırılıb ortaya çıxarılması məqsədi ilə, ittihamların tam sübüta yetirilməsi üçün adı çəkilən sinifdə dərs deyən fənn müəllimlərinin izahatları alınsın. Onların əvəzində 11 A sinifində Siruz Əliyev adında şagirdə qiymətlərin verilmə cədvəli ekspertiza tərəfindən araşdırılsın, bundan əlavə olaraq Tədris işləri üzrə direktor müavini Rzayeva Həqiqət və sinif rəhbəri Quluyeva Gülrux dindirilsin”, - deyə şikayətçilər tələb edirlər.

Məktub müəllifləri həmin sinifdə dərs demiş fənn müəllimlərini də nəzərə çatdırıblar:

1. Hüseynov Murad

2. Məmmədov İkram

3. Dadaşov Şəmsəddin

4. Sadıqova Samirə

5. Kərimova Validə

6. Əliyeva İlhamə

7. Kərimova Rəna

8. Məmmədova Vüsalə

9. Fərzullayeva Aidə

10. Cəfərova Reyhan.

“Xahiş edirik aidiyyatı qurumlar Təhsil Nazirliyindən olan şikayətimizi nəzarətə götürərək araşdırsınlar. Eyni zamanda nazirliyin əməkdaşlarının bizim iştirakımızla Göytəpə 1 nömrəli məktəbdə araşdırma aparmasını tələb edirik”, - deyə şikayətçilər qeyd edib.

Şamo EMİN, Hurriyyet.org



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024