Mobil versiya
50 qəpik verib keçdiyimiz asma körpü: Hər il yığılan altı min manat hara xərclənir?
Tarix: 20-08-2019 | Saat: 12:26
Bölmə:Manşet / Ölkə | çapa göndər

50 qəpik verib keçdiyimiz asma körpü:


Sosial şəbəkələrdə Zərnava körpüsünün pullu olması barədə paylaşımlar yenidən geniş müzakirələrə səbəb olub. Fotolardan da görünür ki, körpüdən istifadə haqqı kimi 50 qəpik nəzərdə tutulub. Yığılan pulun hara xərcləndiyi də maraq doğurur.

Oxu.Az məsələyə aydınlıq gətirmək üçün Zərnava bələdiyyəsi ilə əlaqə saxlayıb.

Bələdiyyənin əməkdaşı Haqverdi Məhərrəmov deyib ki, körpü Lahıc kəndinə 12 km qalmış məsafədə salınıb və 2015-ci ildən ödənişlidir:

"Zərnava kəndinə gedən asma körpü 1997-ci ildə salınıb. Körpü 2015-ci ilə qədər ödənişsiz olub. 2012-ci ildə isə əsaslı təmir edilib. 2015-ci ildən etibarən Girdiman çayı üzərində salınan, Zərnava kəndinə aparan asma körpü bələdiyyənin balansına keçirilib.

Bələdiyyə əmlakı olan körpüdən istifadə haqqı bir nəfər üçün 50 qəpik müəyyən edilib. Turistlər üçün də eyni qiymətdir. Bizim tərəfimizdən heç bir süni qiymət artımı edilməyib. Körpüyə mütəmadi baxış keçirilir, təhlükəsizliyinin təmin edilməsi üçün işlər görülür. Burada işlər tam qayda-qanunla aparılır".

H.Məhərrəmov bildirib ki, ümumilikdə körpüdən eyni vaxtda təxminən 30 nəfər istifadə edə bilər:

"Mövsümlə əlaqədar hər ay körpü yoxlanılır. Hər həftəsonu texniki işçilərimiz baxış keçirir. Detallar dəyişdirilir. Bələdiyyə balansına daxil olmazdan qabaq körpüdən yıxılanlar olub. Amma 2015-ci ildən bu günə qədər heç bir bədbəxt hadisə yaşanmayıb.

Körpünün 3-5 ton ağırlığa qədər dözümü var. Amma 30 nəfər eyni anda körpünün ortasında dayananda istər-istəməz balans pozulur. Dağınıq şəkildə dayansalar, yəni hər 2-3 nəfərdən bir 2-3 metr məsafə olsa, heç bir risk yoxdur".

Onun sözlərinə görə, Zərdəvan körpüsündən il ərzində altı min manata yaxın vəsait yığılır:

"Bu vəsait Zərnava bələdiyyəsinin büdcəsinə gedir. Mövsümə görə, turistlərin sayına və hava şəraitinə görə yığılan məbləğ ildən-ilə dəyişir.

Yığılan pulun hesabına yolların düzəldilməsi, ictimai binaların abadlaşdırılması, qəbiristanlıqlarda səliqə-sahman yaradılması təmin edilir. Dörd il ərzində yığılan maliyyə vəsaiti ilə Zərnava kəndində tibb məntəqəsi tikilir. Həm də dörd əməkdaşa əməkhaqqı verilir. Onlardan biri körpüyə mövsümündən asılı olmayaraq nəzarət edir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə