Mobil versiya
Boks üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub
Tarix: 19-08-2019 | Saat: 13:04
Bölmə:İdman | çapa göndər

Boks üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub


Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçi müəyyənləşib.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yığmanın böyük məşqçisi Nəriman Abdullayev Vaqif Şirinovun vəzifəsindən ayrılmasından sonra boş qalan postu müvəqqəti icra edəcək.

Onun qarşısına sentyabrın 7-21-də Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatında uğurlu çıxış etmək vəzifəsi qoyulub. N. Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusunda əvvəlki kimi, Oqtay İbrahimov və Etibar Abdullayev yer alıblar.

Artıq milli mundial üçün son təlim-məşq toplanışına da başlayıb. Bakı Boks Mərkəzində təşkil olunan və yarışın startınadək davam edəcək hazırlıqda 16 boksçu iştirak edir.

Dünya çempionatından sonra yığmaya yeni baş məşqçi təyin olunacaq.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024