Mobil versiya
Sənədlərini və pulunu avtobusda unudan çinli biznesmenə Azərbaycan polisi belə kömək etdi
Tarix: 16-08-2019 | Saat: 18:01
Bölmə:Gündəm | çapa göndər

Sənədlərini və pulunu avtobusda unudan çinli biznesmenə Azərbaycan polisi belə kömək etdi



Avqustun 15-də Bakıya gələn Çin Xalq Respublikasının vətəndaşı Wei Yulinin üzləşdiyi çətinliyin həllində polis əməkdaşları ona yaxından köməklik göstəriblər.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, Çin vətəndaşı Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, Gürcüstandan Bakıya gəldiyi “Mersedes” markalı sərnişin mikroavtobusundan paytaxt ərazisində düşən zaman içərisində 2000 ABŞ dolları, 300 Yuan, 1000 Sinqapur dolları, 400 lari, 100 manat və bank kartları olan pul kisəsini həmin nəqliyyat vasitəsində unudub.

Polis Şöbəsində sənədləri və pulları itən həmin şəxsə lazımi köməklik göstərilib.

DİN Növbətçi Hissələrin İdarəetmə Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi, Nəsimi RPİ və 22-ci Polis Şöbəsi əməkdaşlarınını qısa zamanda həyata keçirdikləri birgə tədbirlər nəticəsində həmin avtomobilin dövlət qeydiyyat nişanı müəyyən edilib və nəqliyyat vasitəsinin Goranboy rayonu ərazisindəki stasionar postda saxlanılması təmin olunub. Nəqliyyat vasitəsinin sürücüsü Gəncə şəhər sakini Dursun İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə gətirilib. O, Çin vətəndaşının itmiş əşyalarının polisə təqdim etdikdən sonra izahatı alınaraq buraxılıb.

Çin vətəndaşı Wei Yuli qısa zamanda ona belə böyük köməklik göstərdiklərinə görə Azərbaycan polisinə öz təşəkkürünü bildirib.

Wei Yuli əlavə edib ki, Bakı haqqında həmişə gözəl sözlər eşidib və bir daha bunun şahidi olub. O, öz ölkəsinə qayıdandan sonra dostlarına Bakıda gördükləri və polislərin ona göstərdikləri köməklik barədə danışacağanı bildirib.

Qeyd edək ki, Wei Yuli iş adamıdır və Azərbaycana biznes qurmaq məqsədi ilə gəldiyini bildirib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024