Mobil versiya
Energetika naziri və müavini Gəncə və Goranboyda vətəndaşları qəbul edəcək
Tarix: 16-08-2019 | Saat: 15:30
Bölmə:Gündəm | çapa göndər

Energetika naziri və müavini Gəncə və Goranboyda vətəndaşları qəbul edəcək


Energetika naziri Pərviz Şahbazov avqustun 30-da Gəncə şəhərində Gəncə və Göygöl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Energetika Nazirliyindən aia.az-a verilən məlumata görə, qəbul saat 11:00-da nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında (ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə-Bakı şossesinin kənarı) keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Goranboy şəhərində Goranboy və Naftalan rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küçəsi, bina 27) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Seymur Bağbanlı), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonları: (050) 235 17 57, (055) 573 17 57), elektron poçt ünvanı: [email protected], [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024