Mobil versiya
Hicaba qarşı qızılgül paylayan üç qadına 55 il həbs
Tarix: 15-08-2019 | Saat: 18:00
Bölmə:Media | çapa göndər

Hicaba qarşı qızılgül paylayan üç qadına 55 il həbs


ABŞ Dövlət Departamenti İranda hicaba etiraz edən üç qadının birlikdə 55 il həbsə məhkum edilməsini pisləyib.

aia.az virtualaz-a istinadən xəbər verir ki, həmin qadınların ikisi ana-baladır. "İran rejiminin Yasaman Aryani, Munire Ərəbşahi və Mojgan Keşavarz sadəcə, qızılgül paylamaqla məcburi hicab qanunlarına etiraz etdikləri üçün 55 illik həbsə məhkum etməsini pisləyirik", - departamentin sözçüsü Morgan Ortagus avqustun 14-də tvitində yazıb.

O, "bütün ölkələri bu kobud pozuntunu pisləməyə" çağırıb. Son iki ildə İranda onlarla qadın məcburi geyim kodeksinə etiraza görə həbs olunub, Human Rights Watch (HRW) insan haqları təşkilatı bildirib.

Nyu Yorkda mənzillənən insan haqları qurumunun bildirməsinə görə, 23 yaşlı Aryani, onun anası Ərəbşahi və 9 yaşlı qız anası Keşavarz apreldə Tehranda saxlanıblar və ötən ay məhkum ediliblər.Onların həbsindən öncə sosial mediada yayılmış videoda üç qadının 8 mart Beynəlxalq qadınlar günündə, baş örtüyü olmadan metroda qadınlara gül payladığı görünür.

"Gün gələcək, biz təməl hüquqlarımız uğrunda mübarizə aparmalı olmayacağıq", - Ərəbşahinin bu sözləri dediyi eşidilir.

İyulun 31-də Tehranda bir məhkəmə qadınlardan hər birini "dövlətin təhlükəsizliyinə qarşı birləşməyə" görə 5 il, "dövlətə qarşı təbliğata" görə bir il, "əxlaqi korrupsiya və fahişəliyi həvəsləndirməyə" görə 10 illik həbsə məhkum edib.Keşavarz bundan başqa "müqəddəsləri təhqir etdiyinə" görə 7 il yarım həbsə məhkum olunub.

HRW bildirir ki, apelyasiya instansiyası hökmləri qüvvədə saxlasa, qadınlar 10 illik maksimum cəzanı çəkəcəklər. 1979-cu il islam inqilabından bəri İranda qadınların geyimində qadağalar tətbiq olunub. Geyim kodeksinə görə, qadınlar ictimai yerlərdə saç və bədənlərini örtməlidirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə