Mobil versiya
ADU-da müəllimlər üçün təlim yekunlaşdı
Tarix: 17-07-2019 | Saat: 16:48
Bölmə:Təhsil | çapa göndər

ADU-da müəllimlər üçün təlim yekunlaşdı


İyulun 17-də Azərbaycan Dillər Universitetinin (ADU) Dil və Tərcümə Xidmətləri Mərkəzində Avrasiya Universitetinin Tərcümə kafedrasının bir qrup ingilis dili müəllimələri və ADU-nun müəllimləri üçün təşkil olunmuş TKT (Teaching Knowledge Test) təlimi yekunlaşıb.

aia.az xəbər verir ki, Təlimin sonunda iştirakçılara universitet rəhbərliyi tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, TKT təlimində iştirakçılar ilk növbədə peşəkar sahədə biliklərini artırırlar. Bu təlim müəllimlik peşəsinə başlayanlar üçün də gərəkli təlimdir, belə ki TKT gənc müəllimlərə metodikanın əsaslarını daha sistemli və müasir tələblərə uyğun şəkildə təqdim edir. Təlimin üstünlüklərindən biri də sonda iştirakçıların beynəlxalq sertifikat əldə etmək imkanıdır.

Onu da əlavə edək ki, Dil və Tərcümə Xidmətləri Mərkəzi daha əvvəl Azərbaycan Dövlət Peqaqoji Universitetinin bir qrup ingilis dili müəllimlərinə də TKT təlimini uğurla keçib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024