Mobil versiya
Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı
Tarix: 17-07-2019 | Saat: 12:56
Bölmə:Təhsil | çapa göndər

Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı


Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2019-cu il iyulun 14-də keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

DİM-dən aia.az-a bildirilib ki, imtahanda iştirak etmiş abituriyentlər imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə Mərkəzin saytında tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28-i imtahanda iştirak etməyib. Bir nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024