Mobil versiya
Qənirə Paşayava Vyetnamın vitse-prezidentinə Qarabağ həqiqətlərindən danışdı
Tarix: 15-07-2019 | Saat: 17:48
Bölmə:Siyasət | çapa göndər

Qənirə Paşayava Vyetnamın vitse-prezidentinə Qarabağ həqiqətlərindən danışdı



Ümumdünya qadın sammiti çərçivəsində millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi Vyetnamın fəal və tanınmış qadınlarından ibarət nümayəndə heyəti ilə görüşüb.



Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu bildirən millət vəkili Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib. Vyetnamın vitse-prezidenti də Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyib. Q.Paşayeva Azərbaycanın fəal qadınlarının Vyetnamla əməkdaşlığa verdiyi önəmdən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan danışıb və fikir mübadiləsi olub.



Deputat Vyetnamın vitse-prezidenti Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə sahibliyi ilə bağlı, xüsusilə Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib.



Q.Paşayeva görüş zamanı Vyetnam nümayəndə heyətinin üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə də geniş məlumatlar verib və onları ölkəmizə dəvət edib.



O, Vyetnamın sabiq vitse-prezidenti xanım Truong My Hoa ilə də görüşüb və fikir mübadiləsi aparılıb.

Azərbaycanın bir qrup fəal qadınlarının da iştirak etdiyi görüşlərin Q.Paşayeva görüşün onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib və geniş məlumatlar verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024