Mobil versiya
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə rayonda tədbir keçirilmişdir.
Tarix: 12-07-2019 | Saat: 22:04
Bölmə:Manşet / Ölkə | çapa göndər

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə rayonda tədbir keçirilmişdir.


12 iyul 2019-cu il tarixində Salyan rayon İcra hakimiyyətində ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsindən sonra ölkədə tənəzzülün qarşısının alındığını, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində yeni inkişaf dövrünün başlandığını diqqətə çatdırmış, aparılan ciddi islahatlar, həyata keçirilən silsilə tədbirlər nəticəsində ölkəmizin inkişaf sürətinə görə ən qabaqcıl respublikaya çevrildiyini bildirmişdir. Tədbirdə çıxış edənlər ulu öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, xalqın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət açmışlar.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunan şəxslərə medallar təqdim edilmişdir.

AIA.Az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024