Mobil versiya
Laklı dırnaqla dəstəmaz almaq – İlahiyyatçıların biri “HƏ”, biri də “YOX” deyir
Tarix: 27-06-2019 | Saat: 14:48
Bölmə:Ölkə | çapa göndər

Laklı dırnaqla dəstəmaz almaq –


Dəstəmaz İslam şəriətində ən mühüm əməllərdən biri hesab olunur. Dəstəmazdan qabaq fikir vermək lazımdır ki, yuyulan və məsh çəkilən bədən üzvlərinin üzərində onların su ilə islanmasına mane olan vasitə olmasın.



Şəriətdə bucür qeyd olunsa da ,ancaq ona düzgün şəkildə əməl etməyənlər də var. Dəstəmazı batil edən bir çox məqamlar özünü göstərir. Onlardan biri də dırnaqda lak olan halda dəstəmaz alınıb namaz qılınmasıdır.



Dırnaqda lak varsa, dəstəmaz almaq olarmı? Bununla qılınan namaz düzgün hesab edilirmi?



İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az saytına deyib ki, ümumiyyətlə dəstəmaz namaz üçün bir başlanğıcdır.



“Allahın yanında qəbul olunması üçün bir şərtdir. Dəstəmaz olmasa, namaz batildir. Bu baxımdan da namazdan öncə alınan dəstəmaz şəriət qaydalarına əməl olunmaqla alınmalıdır.



Əgər bir insanın bədənində iynə ucu qədər dəstəmaz üzvlərinin birində rəng və yaxud birşey qatılmış maddə varsa , eyni zamanda lak kimi vasitələr dırnaqlara vurularsa bununla alınmış dəstəmaz və qılınan namaz bir mənalı şəkildə batildir.

Dəstəmazdan qabaq əl və ayaq dırnaqlarına çəkilən boya mütləq silinməlidir. Çünki boya dırnağın su ilə təmasına mane olur.



Heç bir dini göstərişdə də,hətta müctehidlərin fitvalarında da göstərilməyib ki, dırnaqda lak olan halda dəstəmaz alınsın və namaz qılınsın. Bu dəstəmaz düzgün hesab edilmir.

Fərqi yoxdur qadın və kişi aldığı dəstəmazın Allah qarşısında qəbul olunmasını istəyirsə o zaman şəriət qaydalarına ciddi şəkildə əməl etməlidir”.



İlahiyyatçı Elşad Miri isə qeyd edib ki, dırnaqda lak varsa, dəstəmaz almaq olar, burda heçbir problem yoxdur.



“Peyğəmbərin dövründə lak var idimi?! Əlbəttə ki yox , lak çox sonralar yaranmış qadınların dırnaq gözəlliyini əks etdirən bir vasitədir,boyadır.



Ancaq o dövrdə xına var idi, və insanlar xına qoyub dəstəmaz alırdılar. Əgər lak dəstəmaza mane olursa ,yəni su birbaşa dırnaqla təmas etmirsə , deməli xına da o funksiyanı yerinə yetirir. Niyə kişillərə hərşey olar ,amma qadınlara yox?.



Bir qadın var deyir ki, mən lak çəkib silməyin ucbatından dəstəmazdan ,ondan sonra da namazdan imtina etdim. Bu cür fikirlər söyləməklə insanları dindən uzaqlaşdırmaq olmaz”.




aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024