Mobil versiya
Əli Əhmədov: Biz bundan sonra da böyük bir inkişafın astanasında dayanmışıq
Tarix: 13-06-2019 | Saat: 16:27
Bölmə:Siyasət | çapa göndər

Əli Əhmədov:


Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəni xaosa, anarxiyaya sürükləyən, parçalanma təhlükəsi ilə üz-üzə qoyanlar bu gün ölkəmizə böhtanlar atmaqla, reallıqları təhrif etməklə Azərbaycanın gənc vətəndaşlarında ölkəmizə aid olmayan təsəvvür yaratmağa çalışırlar.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanın hansı məşəqqətlərdən keçərək bu günə gəlib çıxdığı heç vaxt unudulmayacaq.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda inkişaf mərhələlərlə gedir:

“İnsanların həyatı əhəmiyyətli dərəcədə dəyişir. Eyni zamanda biz bundan sonra da böyük bir inkişafın astanasında dayanmışıq. Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev bu il bir çox sərəncamlar imzalayıb. Azərbaycan hökumətinin gündəliyində bundan sonra da insanların sosial rifahının yaxşılaşdırılması durur”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024