Mobil versiya
Vitse-spiker: Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb
Tarix: 24-05-2019 | Saat: 11:40
Bölmə:Manşet / Siyasət | çapa göndər

Vitse-spiker:


Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb. Həm Cümhuriyyət dövründə, həm də sonralar Azərbaycan ərazilərinə iddia ilə çıxış ediblər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşündə deyib.

B.Muradova bildirib ki, o zaman Milli Şuranın İrəvanı Ermənistana paytaxt kimi verilməsi barədə qərarının ağrı-acılarını bu gün də hiss edirik: “Ancaq buna baxmayaraq, Milli Şura tariximizdə böyük rol oynayıb. Milli Şuranın əsas xidməti müdafiə qabiliyyətini möhkəmləndirmək, Bakıni işğaldan azad etmək olub. Bakı ermənilərin işğalından qurtularaq Azərbaycanın paytaxtına çevrilib”.

Vitse-spiker qeyd edib ki, Milli Şura Zaqafqaziya Seymi əsasında təşkil edilmişdi: "Parlament seçkiləri keçirmək mümkün olmasa da, Milli Şura genişləndirildi, nəticədə 1918-ci ilin dekabrın 7-də parlament ilk işinə başladı və Azəbaycan dövlətçiliyi üçün mühüm qərarlar qəbul etdi”.

B.Muradova əlavə edib ki, Birinci Dünya müharibəsinin nəticələri, Osmanlı imperiyasının məğlubiyyəti Xalq Cümhuriyyətinin süqutuna yol açdı: “Sovetlər dövründə Cümhuriyyət atributlarının ləğvi barədə qərarlar qəbul edildi. Cümhuriyyət qurucularının bir qismi repressiya qurbanı oldu, bir qismi isə mühacirətə getdi”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024