Mobil versiya
Azərbaycanlı leytenant qızın meyiti çaydan tapıldı - "Onu zorla nişanlayıblar"
Tarix: 22-05-2019 | Saat: 16:18
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycanlı leytenant qızın meyiti çaydan tapıldı -


Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı qızın meyiti çaydan tapılıb.

Bu barədə Trend-ə Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov bildirib.

Sədrin sözlərinə görə, leytenant rütbəsində olan gənc qız Rusiyanın Novokuznetsk şəhərində yerli orqanların birində müstəntiq işləyib:

"Uzun zamandır itkin düşən həmvətənimiz, 1995-ci il təvəllüdlü Əliyeva Aysel Nəbi qızının meyiti bu ayın 9-da çaydan tapılıb. Martın 8-dən yoxa çıxan qız artıq federal axtarışa da verilmişdi. Ekspertizanın cavabına görə, Ayselin bədənində heç bir zorakılıq əlaməti aşkar olunmayıb, ilkin versiyaya əsasən, gənc qız intihar etmək üçün özünü çaya atıb".

F.Qasımov qeyd edib ki, A.Əliyeva bir müddət əvvəl nişanlanıb:
"Aysel bir müddət əvvəl idmançı oğlana nişanlanıb. Hazırda meyit morqdadır, tam rəy açıqlanandan sonra yaxınlarına təhvil veriləcək. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi isə qızın ailəsini məhkəməyə verməyə hazırlaşır. Ehtimal edilir ki, ailə qızı zorla nişanlayıb və o da buna görə intihar edib".



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024