Mobil versiya
Baş nazir Təhsil Nazirliyinin kollegiyasında dəyişiklik etdi
Tarix: 22-05-2019 | Saat: 09:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Baş nazir Təhsil Nazirliyinin kollegiyasında dəyişiklik etdi


Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.

aia.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Belə ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Təhsil Nazirliyinin kollegiyasının üzvlüyündən tərkibindən çıxarılıb. Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifinə əsasən belə bir qərar qəbul edib.


Bundan sonra, təhsil nazirinin rəhbərlik etdiyi kollegiyanın üzvləri təhsil nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Təhsil Nazirliyi Aparatının rəhbəri, Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini olacaq.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024