Mobil versiya
PA-nın sektor müdiri: "Prezidentin Fərmanında hər bir sahə üzrə konkret tapşırıqlar müəyyən olunub"
Tarix: 20-05-2019 | Saat: 15:21
Bölmə:Manşet / Gündəm | çapa göndər

PA-nın sektor müdiri:


Azerbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanının təşəbbüsü, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə 2019-cu ilin mayın 20-də "Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi" mövzusunda tədbir keçirilib.


"Azərbaycanda bütün sahələrdə islahatlar davam etdirilir. Məhkəmə-hüquq sahəsində yeniliyin yaradılması üçün müvafiq Fərman imzalanıb".

aia.az xəbər verir ki bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanda əsas istiqamətlərdən biri məhz sahibkarlığın inkişafına şərait yaratmaqdır: "Son dövrlərdə həyata keçirilən islahatlar bunu deməyə əsas verir ki, məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var. Həmçinin Fərmanın əsas məqsədi ədalət mühakiməsinin effektivliyinin təmin edilməsi, ədalət mühakiməsinə əlçatımlığın təmin edilməsidir, məhkəmələrin nüfuzunun artırılmasıdır".

Onun sözlərinə görə, Fərmanda hər bir sahə üzrə konkret tapşırıqlar müəyyən olunub: "Həm cinayət mühakiməsi icraatı istiqamətində qanunvericiliyin humanistləşdirilməsinin davam etdirilməsi, həm də prokurorluq və vəkilliklə bağlı konkret tapşırıqlar müəyyən olunub".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024