Mobil versiya
Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi
Tarix: 20-05-2019 | Saat: 12:55
Bölmə:Gündəm | çapa göndər

Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi


Xəzər Universitetində Avrasiya Akademiyasının 3-cü Rəsmi Məclisi keçirilib.



Modern.az xəbər verir ki, Mursad Kajlayev (Rusiya, Dağıstan), Nasser Xəlili/Khalili (Böyük Britaniya), Ramiz Rövşən (Azərbaycan) və Celal Şengör (Türkiye) Avrasiya Akademiyasına üzv seçildilər, onlara “Avrasiya Əfsanəsi” mükafatı təqdim olundu.



2012-ci ildə bir qrup intelektuallar, elm və sənət adamları arasında həm beynəlxalq, həm də regional mahiyyət daşıyan bir Akademiyanın yaradılması barədə çox sayda məsləhətləşmələr olub. Akademiyanın təsisçiləri, əsas prinsipləri, seçilmiş üzvlərə veriləcək mükafatın ideyası, elm, texnologiya və incəsənətin müxtəlif sahələrində fərqlənən şəxslərə veriləcək medallar, Akademiyanın adı və digər məsələlər haqqında ümumi fikrə gəlinib. 5 Qurucu üzv Azərbaycan, Türkiyə və ABŞ vətəndaşıdır: professor Halil İnalcık, professor Lütfi Zadə, professor Mahmut Gazi Yaşargil, bəstəkar Arif Məlikov və professor Hamlet İsaxanlı. Avrasiya Akademiyasının baş idarəsinin Azərbaycanda olması qərara alındı. Avrasiya Akademiyası 28 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının ədliyyə nazirliyi tərəfindən qeydiyyatdan keçdi. Üzvlərə veriləcək və adı “Avrasiya Əfsanəsi” olacaq mükafat, həmçinin Avrasiya Akademiyasının 5 medalı (Ibn Sina, Nəsirəddin Tusi, İbn Xəldun, M.F. Axundzadə və Ü. Hacıbəyli medalları) hazırlanıb.



Avrasiya Akademiyasının 3-cü Məclisində seçilmiş elm adamları, elm və təhsil təşkilatçıları, ədəbiyyat, musiqi və incəsənət adamları, hökumət və Milli Məclis üzvləri, səfirlər, şirkət başçıları və mətbuat nümayəndələri iştirak ediblər.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024