Mobil versiya
Deputat: Azərbaycanda idmana qayğı və diqqət yüksək səviyyədədir
Tarix: 17-05-2019 | Saat: 17:40
Bölmə:Siyasət | çapa göndər

Deputat:




Azərbaycanda idmana qayğı və diqqət yüksək səviyyədədir.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bunun nəticəsində Azərbaycan idmançılarının uğurları ildən-ilə artır.

Onun sözlərinə görə, Azərbaycan artıq idmanın müxtəlif növləri üzrə Dünya və Avropa Çempionatları, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər beynəlxalq yarışların keçirildiyi idman ölkəsinə çevrilib.

Ötən gün möhtəşəm açılışı baş tutan bədii gimnastika üzrə 35-ci Avropa Çempionatından danışan millət vəkili qeyd edib ki, Mehriban Əliyeva Azrbaycan Gimnastika Federasiyasına rəhbərlik etməyə başlayandan sonra respublikamızda bu idman növünə diqqət və qayğı daha da artıb: "Bakıda bədi gimnastika üzrə Avropa Çempionatı artıq 4-cü dəfədir ki keçirilir. Bu, Azərbaycan idmanının, ümumilikdə ölkənin ildən-ilə artan nüfuzundan xəbər verir. Azərbaycanda idmana qayğı və diqqət yüksək səviyyədədir".

Deputat yarışda iştirak edən yığma komandamıza fərdi yarışlarda uğurlar arzu edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024