Mobil versiya
Şəhid qızının qanını yumaq üçün rüşvət verən biznesmen zorla məhkəməyə gətirildi
Tarix: 24-04-2019 | Saat: 12:22
Bölmə:Gündəm | çapa göndər

Şəhid qızının qanını yumaq üçün rüşvət verən biznesmen zorla məhkəməyə gətirildi


Dələduzluq və rüşvət almaqda təqsirləndirilən Elnur Babayevin məhkəməsi davam edib.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmədə zərərçəkmiş qismində Akif Rəhimov ifadə verib.

Hakim bildirib ki, A.Rəhimov daha əvvəlki məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

"Yeganə" Şadlıq Sarayının rəhbəri olan A. Rəhimov deyib ki, təqsirləndirilən E.Babayevə 52500 manat pulu hüquqi yardım üçün verib. O, həmin pulun qarşılığında oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə bağlı saxta rəy çıxaracağı ittihamını rədd edib.

Təqsirləndirilən E.Babayev də A.Rəhimovun dediklərini təsdiq edib.

Məhkəmənin növbəti iclası növbəti həftədə davam etdiriləcək.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi E.Babayev iş adamı, "Yeganə" Şadlıq Sarayının rəhbəri Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağı vədi verib.

A.Rəhimovun oğlu R.Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən, 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov olay yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən 20 gün sonra R.Rəhimov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, qəzada ölən K.Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024