Mobil versiya
Aqil Abbas İsmayıl Ömərovun müdafiəsinə qalxdı
Tarix: 23-04-2019 | Saat: 14:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aqil Abbas İsmayıl Ömərovun müdafiəsinə qalxdı


“İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası yarananda şirkətə İsmayıl Ömərov rəhbərlik edib. O, burada çox yaxşı ənənə qoyub, sıfırdan televiziya yaratdı. İndiki rəhbərlik də onu bir qədər gücləndirib, öz baxışını tətbiq edib. Bizdə ənənə var, kimsə 15 il işləyir, həmin vəzifəyə başqası təyin olunan kimi deyirlər, köhnə problemləri həll ediləcək. Direktor Balaş Qasımov da yeni seçilib, işini yaxşı görür, amma əvvəlkiləri də unutmaq olmaz”.



Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Aqil Abbas "İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası üzvlərinin seçilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.



Aqil Abbas bildirib ki, İTV birdən-birə inqilab etməyib.

“Bunun əsasını qoyan insanın da haqqını yeməmək lazımdır. Biz özəl telekanallara bir söz deyə bilmərik, çünki büdcədən maliyyələşmir. Özəl kanallar reytinq arxasınca qaçmağa məcburdurlar ki, reklam ala bilsinlər. Reklam bazarı da sıfır vəziyyətdədir. Yalnız şadlıq evləri və dərman preparatları reklam olunur. Dünyada artıq dərmanın reklamı qadağan olunur. Özəl kanalları qınayanlardan biri də mənəm, amma onların üstünə çox getməyə ehtiyac görmürəm. İTV isə əvvəldən xalqın televiziyası olub, belə də davam edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024