Mobil versiya
Millət vəkili: "Kağız parçasının deyil, biliyin arxasınca getməliyik"
Tarix: 22-04-2019 | Saat: 14:43
Bölmə:Karusel / Təhsil | çapa göndər

Millət vəkili:



Uşaqları, yeniyetmələri, gəncləri evlərdə, ailələrdə normal tərbiyə etmək, onları diplomun dalınca yox, elmin, biliyin arxasınca məktəblərə, universitetlərə göndərmək, istiqamətləndirmək lazımdır.

aia.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili, psixologiya elmləri doktoru, professor Səməd Seyidov deyib.

Oqeyd edib ki, təhsilə diqqət artırılmalıdır:

"Təhsil sahəsində müasir standartlara cavab verən islahatlarhəyata keçirməliyik. Bu istiqamətdə yalnız hansısa bir qurumdan, Təhsil Nazirliyindən, yaxudməmurlardan nəsə gözləməməliyik. Hər bir vətəndaş özü başa düşməlidir ki, bu cür məsuliyyətli bir iş onun da payına, öhdəsinə düşür.

Uşaqları, yeniyetmələri, gəncləri evlərdə, ailələrdə normal tərbiyə etmək, onları diplomun dalınca yox, elmin, biliyin arxasınca məktəblərə, universitetlərə göndərmək, istiqamətləndirmək, meyilləndirmək gərəkdir.

Həmin universitetlərdə də hansısa gözəçarpan nəticələrlə kifayətlənmək lazım deyil, onlarda güclü, əsaslı dəyişikliklərin həyata keçirilməsi və ən əsası yüksək səviyyəli mütəxəssislərin formalaşması, formalaşdırılması vacibdir.

O günədək ki, bizdə bilik və biliyi əks etdirən kağız - diplom eyni cür qiymətləndiriləcək və bəzi hallardahəttadiplom - kağız daha yüksək, daha üstün səviyyəni təşkil edəcək, o zamanadək hansısa bir yüksək səviyyədən, əsl elm, bilik və savaddan danışmaq çox çətin olacaq.

Ona görə çalışmalıyıq ki, kağız parçasının - diplomun, şəhadətnamənin, sertifikatın dalınca yox, biliyin, bacarığın və konkret iş qabiliyyətlərinin arxasınca növbələr düzülsün.

İnsanlarımız özləri könüllü, şüurlu şəkildə bunu arzulasın və bu istiqamətdə real mübarizə aparılsın”, - deyəS.Seyidov əlavə edib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024