Mobil versiya
Problemli kreditlərlə bağlı Apellyasiya Komissiyası yaradıldı
Tarix: 22-04-2019 | Saat: 10:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Problemli kreditlərlə bağlı Apellyasiya Komissiyası yaradıldı


Məlum olduğu kimi, Prezident tərəfindən 28 fevral 2019-cu il tarixində təsdiq edilmiş "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn müraciətlərin araşdırılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Apellyasiya Komissiyası yaradılıb.

Palatadan verilən məlumata görə, fəaliyyətə başladığı dövrdən Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmaqdadır.

Bildirilib ki, daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında” Qanuna uyğun olaraq 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb olunduqda 30 iş günü müddətində baxılır.

Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edilən hallarda isə bu müddət 30 iş günü uzadıla bilər.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə