Mobil versiya
ADAU-nun rektoru İbrahim Cəfərov və bir qrup müəllim-tələbə Sabirabadda görüş keçirib - FOTOLAR
Tarix: 19-04-2019 | Saat: 12:20
Bölmə:Təhsil | çapa göndər

ADAU-nun rektoru İbrahim Cəfərov və bir qrup müəllim-tələbə Sabirabadda görüş keçirib




Azərbaycan Dövlət Aqrar Universitenin professor-müəllim heyəti hər il olduğu kimi bu il də təhsil müəssisənin tanıtmaq, yenilikləri, maddi-texniki bazanı insanlara çatdırmaq üçün rayonlara səfər edir, ətraflı məlumatlar verirlər.

Növbəti səfər isə Sabirabad rayonuna olub. Rayon İcra Hakimiyyətinin dəvəti ilə baş tutan səfərdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov da iştirak edib.

Rayon ictimaiyyəti, yuxarı sinif şagirdləri ilə görüş Heydər Əliyev mərkəzində keçirilib. Rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov ölkədə aqrar sahədə əldə edilən uğurlardan danışıb və bu uğurlarda aqrar rayon olan sabirabadlıların da bu yeri olduğunu vurğulayıb.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxışında olkənin digər sahələri kimi aqrar bölmənin də dinamik inkişafını faktlarla təhlil edib, aqrar səhənin inkişafının birbaşa aqrar təhsillə bağlı olduğunu deyib. Prezident İlham Əliyevin aqrar təhsilə qayğısını söyləyən rektor madi-texiki, baza, tələbə evləri, tədris-təcrübə sahələri, adlı auditoriyalar, tikintisi sürətlə davam edən yeni tədris korpusu, stimullaşdırıcı tədbirlər haqqında da ətraflı məlumat verib.

Universitetlə bağlı təqdim edilən film görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb.

ADAU-nun tələbə qəbulu üzrə məsul katibi, dosent Telman Musayev, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Fariz Ələkbərov, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Elgün Aslanov, tələbələrdən Hüseyin Kazımlı, Ellada Zülfüqarlı çıxış ediblər, universitetlə bağlı görüş iştirakçılarına dolğun məlumatlar veriblər.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024