Mobil versiya
Naxçıvanda bir ildə 5520 uşaq doğulub
Tarix: 16-02-2019 | Saat: 09:30
Bölmə:Səhiyyə | çapa göndər

Naxçıvanda bir ildə 5520 uşaq doğulub


Ötən il Naxçıvan Muxtar Respublikasında 5520 uşaq doğulub və muxtar respublikada uşaqların sayı 163 min 281 olub. Bu da 2017-ci illə müqayisədə 1168 uşaq çoxdur.

Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagird təhsil alır ki, bunlardan da 23 min 523-ü qızlardır. Tədris ilində ümumtəhsil məktəblərinin I sinfində tədrisə 2429-u qız olmaqla, 5023 şagird cəlb olunub. Ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1781-i ali, 615-i orta ixtisastəhsili müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 208-i isə müxtəlif ali hərbi məktəblərə daxil olub, ali məktəblərə qəbul olunanların 331-i 500-700 arası bal toplayıb ki, bunlardan da 190-ı qızlardır. 2017- 2018-ci tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 13-ü “Qızıl”, 11-i “Gümüş” medala, 151-i isəfərqlənmə attestatına layiq görülüb.

Medallara layiq görülmüş məzunlar onlara göstərilən etimadı doğruldub, qəbul imtahanlarında 6 nəfər 600-650, 18 nəfər 650-700 arası bal toplayıb. Onlardan 6-sı Prezident təqaüdünə layiq görülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024