Mobil versiya
Əli Hüseynli: Cənubi Qafqazın ən böyük rus icması Azərbaycandadır
Tarix: 14-02-2019 | Saat: 17:46
Bölmə:Siyasət / Seçilənlər-6 | çapa göndər

Əli Hüseynli: Cənubi Qafqazın ən böyük rus icması Azərbaycandadır


Biz fəxr edirik ki, Cənubi Qafqazın ən böyük rus icması məhz Azərbaycandadır.

Bunu Milli Məclisin (MM) Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun həmsədri Əli Hüseynli deyib.

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında dostluq münasibətlərinin ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rolunu vurğulayan komitə sədrinin sözlərinə görə, bu, həm də iki ölkənin parlamentlərinin qarşılıqlı əməkdaşlığına öz töhfələrini verir.

Komitə sədri qeyd edib ki, bu gün Azərbaycan və Rusiya xalqları həm də mədəniyyət xadimlərinin səyləri sahəsində daha çox yaxınlaşır.

"Bu məsələdə diasporlarımızın rolunu xüsusi qeyd etmək istərdim. Milli Məclisdə rus icması təmsil olunur. Biz fəxr edirik ki, Cənubi Qafqazın ən böyük rus icması məhz Azərbaycandadır”, - deyən komitə sədri birgə tədbirlərin, o cümlədən, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini vurğulayıb.(oxu.az)



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024