İcra başçısı “Sovetski”də yeni söküntü işinə başlayır - 2000-ə yaxın ev dağıdılacaq
Tarix: 9-02-2019, 11:52 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

İcra başçısı “Sovetski”də yeni söküntü işinə başlayır - 2000-ə yaxın ev dağıdılacaq


Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun "Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb.

BakuPost-un məlumatına görə, bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində, A.M.Şərifzadə 33 və İ.Zülalov 19 küçəsinin sakinləri ilə səyyar qəbul-görüşdə bildirib.

İcra başçısı söküntü işlərinin II mərhələsinin də həyata keçirildiyini və hazırda 1920 evin sakinlərilə əldə edilmiş razılığa əsasən satın alındığını nəzərə çatdırıb. İcra başçısı hazırda ikinci mərhələdə 13 hektar ərazini əhatə edən söküntü ərazisində də yeni yolların çəkildiyini, yaşıllaşdırma və abadlıq işlərinin aparıldığını və yaxın vaxtlarda görülən işlərin yekunlaşacağını sakinlərin diqqətinə çatdırıb. Ə. Əzizov III mərhələdə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlərin davam etdiriləcəyini bildirib.

aiaazшаблоны для dle 11.2



537 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}