ATU-da yaşlı qadına böyrək köçürülüb
Tarix: 8-02-2019, 16:15 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

ATU-da yaşlı qadına böyrək köçürülüb




Azərbaycan Tibb universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında uğurlu böyrək köçürülməsi əməliyyatı icra olunub. Bu barədə klinikanın transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazov məlumat verib.

A.Namazov bildirir ki, əməliyyat 50 yaşlı qadında aparılıb. Bu xanım böyrək folikistozu irsi xəstəliyi ilə əlaqədar klinikaya müraciət edib: “Xəstənin nəslində bir neçə nəfər dializ xəstəsidir. Bizə müraciət edən qadın da il yarımdır ki, dializ xəstəsi idi. Xəstəyə yaxın qohumu tərəfindən böyrək köçürülməsinə dair qərar verildi. Ətraflı müayinələrdən sonra orqanın toxuma uyğunluğu təsdiqləndi”.

Artıq ATU-nun Tədris Cərrahiyyə Klinikasında xəstəyə böyrək köçürülməsi əməliyyatı uğurla icra olunub. Əməliyyat 5 saata yaxın müddətdə davam edib. Əməliyyatdan 3 gün sonra donor, 1 həftə sonra isə böyrək köçürülən şəxs evə yazılıb.

aia.az




шаблоны для dle 11.2



533 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}