ASAN-da İşçi Qrup yaradıldı
Tarix: 18-01-2019, 17:17 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

ASAN-da İşçi Qrup yaradıldı


"Prezident İlham Əliyevin bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmana əsasən müvafiq proseslərin daha səmərəli formada tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İşçi Qrup formalaşdırılıb".

BakuPost xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, həmçinin aidiyyatı qurumlarla birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir: "Fərmanın icrasına ən qısa müddətdə başlanılacaq".

Şöbə müdiri qeyd edib ki, hazırda 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: "Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir".

aia.azшаблоны для dle 11.2



552 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}