Mobil versiya
AMEA-nın Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək
Tarix: 16-01-2019 | Saat: 18:04
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

AMEA-nın Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi proqnozunu verib.

Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. Ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə aşağı enəcək. Respublikanın rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 17-dən 18-ə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var.

Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.


Xatırladaq ki, artıq digər rəsmi qurumlar hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib, gücləndirilmiş iş rejiminə keçiblər.


Bəs sonuncu dəfə ölkə ərazisində belə güclü küləkli hava şəraiti nə vaxt müşahidə olunub?

AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov Modern.az-a açıqlamasında ölkə ərazisində sonuncu dəfə əsən güclü küləkdən danışıb.


“Sonuncu dəfə 2015-ci ildə belə güclü külək olub. Küləyin maksimal sürəti saniyədə 30-38 metrə çatıb. Hətta həmin hava şəraiti dənizdə insan tələfatı ilə nəticələnmişdi. Bu dəfə miqyası geniş olacağından öncədən xəbərdarlıq edilib. Belə hallar dənizdə tez-tez müşahidə edilir. Elə vaxtlar olub ki, Neft Daşlarında dalğanın gücü estakadanı aşırıb. Bunun ən qorxulu hissəsi dənizdə küləyin sürəti ilə bağlıdır. Dənizdə küləyin sürəti daha çox olacaq. Dəniz şəraiti, çoxmərtəbəli tikililər üçün mütləq öncədən tədbirlər görülməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də haqlı olaraq qərargahlar yaradıb. Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejiminə keçməklə bağlı düzgün qərar verib”.

Məhərrəm Həsənov deyib ki, belə küləklər az-az hallarda müşahidə olunsa da, Bakı üçün gözlənilməz hal deyil.

“Bakıda 25-28 metr küləyin olmasını fəlakət hesab etmirik. Söhbət məndən yox, bütün coğrafiyaşünaslardan, iqlimşünaslardan gedir. Bu dəfə isə çox güclü külək gözlənilir. Bunun da səbəbi Bakıda atmosfer təzyiqinin təqribən normadan 10 milli metr az, 752 milli metr civə sütunu civarında olması ilə bağlıdır. Bu da o deməkdir ki, təzyiq azdır və kənardan hava kütlələri bura daha böyük sürətlə axacaq. Bu külək cənub-qərb və şimal-qərb istiqamətli küləklər olacaq. Aralıq dənizi üzərində formalaşan siklonun müəyyən bir hissəsinin Azərbaycandan keçəcəyi gözlənilir. Bu təbii ki, güclü küləyə səbəb olacaq

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024