Mobil versiya
Qarabağ icmasının rəhbəri amerikalı diplomatla danışıqlarda
Tarix: 16-01-2019 | Saat: 17:03
Bölmə:Siyasət | çapa göndər

Qarabağ icmasının rəhbəri amerikalı diplomatla danışıqlarda


"Günün digər əhəmiyyətli görüşünü ABŞ-ın ölkəmizdəki səfirliyinin rəhbəri, müvəqqəti işlər vəkili Vilyam Qil ilə keçirdim. Maraqlı fikir mübadiləsi oldu"
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib.

"Azərbaycanın beynəlxlaq tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının birgə yaşayışının mümkünlüyü, konstruktiv dialoq və təmasların qurulması haqqında mövqeyimizi amerikalı diplomatın diqqətinə çatdırdım. Bundan ötrü işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması, oradan qovulmuş azərbaycanlıların dərhal geriyə dönməsinin əhəmiyyətini qeyd etdim. ABŞ diplomatı görüşdən məmnun qaldığını və Azərbaycanın Dağlıq Qarabağ icmasının fəaliyyətini yaxından izlədiyini qeyd etdi", - deyə T.Gəncəliyev vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024