Mobil versiya
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Tarix: 16-01-2019 | Saat: 15:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib


Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, dövlət başçısı təbriklərini Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi mərasimində çatdırıb.

“Onu da bildirməliyəm ki, bu zavodun açılışı Xoşbəxt Yusifzadənin ad gününə təsadüf edir. Mən istəyirəm, Xoşbəxt müəllimi bu gözəl hadisə münasibətilə bütün Azərbaycan vətəndaşları adından təbrik edim. Xoşbəxt müəllim neft sənayesinin canlı əfsanəsidir, neft sənayesinin rəmzidir, Azərbaycan vətəndaşının rəmzidir. Mən xüsusilə xahiş etdim ki, Xoşbəxt müəllim bu gün buraya dəvət olunsun, həm onu təbrik edim, eyni zamanda, bu gözəl hadisəni biz birlikdə qeyd edək”, - prezident çıxışında deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024