Mobil versiya
Xəstəxanalar adi qrafikdə çalışacaq - RƏSMİ
Tarix: 16-01-2019 | Saat: 15:26
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Xəstəxanalar adi qrafikdə çalışacaq - RƏSMİ


Məlum olduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti yanvarın Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.



Rəsmi məlumata görə, havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, yolların buz bağlama ehtimalı var.



Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, təcili tibbi yardım xidməti günün 24 saatı tam fəaliyyətdədir:

“Əgər hər hansı xoşagəlməz hal olarsa ki, artıq bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq edilib. Vətəndaşlar istənilən vaxt müraciət edə bilərlər”.

Nazirlik əməkdaşı qeyd edib ki, bütün xəstəxanalar gündəlik qrafikdə çalışacaqlar:

“Amma ümumilikdə xəstəxanalar adi qrafikdə çalışacaq. Bununla belə xəstəxanlar bütün ekstermal hallara tam hazırlıqlı vəziyyətdədir”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024