Mobil versiya
Sərt hava ilə bağlı texnikalar hazırlıq vəziyyətinə gətirilir - Dəmir yolunda
Tarix: 16-01-2019 | Saat: 11:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sərt hava ilə bağlı texnikalar hazırlıq vəziyyətinə gətirilir - Dəmir yolunda


Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Trend-in məlumatına görə, sərt hava şəraiti ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) rəhbərliyinin göstərişinə əsasən, tədbirlər proqramı hazırlanıb.

QSC-dən Trend-ə bildiriblər ki, departamentlərdə, stansiya, təşkilat və müəssisələrdə, bütün sutkanı əhatə etməklə, məhsul işçilərdən ibarət növbətçilik təşkil edilib. Eyni zamanda "Fövqəladə Hallar Qatarı" MMC-nin bölmələrində, İnfrastruktur Departamentinin yol, elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatlarında texnikalar hazırlıq vəziyyətinə gətirilir, stansiyalarda uzunmüddətli dayanmış hərəkət tərkiblərinin özbaşına hərəkətə gəlməməsi üçün onlar etibarlı şəkildə bərkidilir.

Kəskin hava şəraitində sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək məqsədilə, maşinistlərin daha sayıq olmaları üçün əlavə təlimlər keçirilib, müvafiq qaydada tapşırıqlar verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024