Quba-Xınalıq yolu nəzarətə götürüldü
Tarix: 10-01-2019, 17:14 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Quba-Xınalıq yolu nəzarətə götürüldü


Şimal bölgəsinə qarın yağması ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin ərazilərdən keçən avtomobil yollarını nəzarətə götürüb.

aia.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Quba-Xınalıq avtomobil yolunda buz bağlayan ərazilər qar və buzdan təmizlənib: "Bakıya qar yağmasa da dağlıq və dağətəyi ərazilərdə artıq bir aya yaxındır ki, qarlı-şaxtalı hava şəraiti hökm sürür. Bu məqsədlə həmin istiqamətlərdə olan avtomobil yolları nəzarətdə saxlanılır. Şaxtalı hava şəraiti ilə əlaqədar yolların bəzi hissələrini buz bağlayır. Bu məqsədlə həmin ərazilər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır, buz bağlayan yollara mütəmadi olaraq qum-duz qarışığı və çınqıllar tökülür, yollar qar və buzdan təmizlənir".

Rəsmi qeyd edib ki, hazırda ölkə ərazisində, xüsusən də Şimal istiqamətində olan avtomobil yollarında hərəkət təmin olunub.

aia.azшаблоны для dle 11.2



539 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

18-01-2019
17-01-2019
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
{sape_links}{sape_article}