Mobil versiya
Vəkil: “Araz Əlizadə Mehman Hüseynova görə məsuliyyət daşıyır”
Tarix: 10-01-2019 | Saat: 15:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vəkil: “Araz Əlizadə Mehman Hüseynova görə məsuliyyət daşıyır”


“Sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, deputat Araz Əlizadə həbsdə olan bloger Mehman Hüseynovu təhqir edərək, onun ünvanına “yaxşı ki anasını da soyundurub fotosunu çəkməyib” ifadəsini işlətdiyi iddia edilir. Əgər bu belədirsə, həmin deputat, deputatlar üçün qanunla müəyyən edilmiş etik davranış qaydasını pozub”.

Modern.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının üzvü Elçin Abdullayev deyib.


Vəkil qeyd edib ki, Azərbaycan qanunvericiliyi, başda konstitusiya olmaqla, təhqiri qadağan edir. Kimliyindən və səbəbindən asılı olmayaraq, təhqir yolverilməzdir.


“Konstitusiyanın 46-cı maddəsinin II hissəsinə əsasən, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”.


Vəkil bildirib ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 17-ci maddəsinə əsasən, deputat qanunazidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir.


“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında qanuna əsasən, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir.

Həmin qanunun 6.3.-cü maddəsində qeyd edilir ki, deputat vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.

Konstitusiyada deputatın mandatdan məhrum edilməsinin əsasları nəzərdə tutulub. Etik davranış qaydalarının kobud pozulması da həmin əsaslar sırasında yer alıb. Belə ki, konstitusiyanın 79-cu maddəsinin 7-ci hissəsinə əsasən, deputat qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda – mandatından məhrum edilə bilər. Vətəndaşın vəfat etmiş anası haqqında təhqiredici ifadələrə yol vermək etika qaydaların kifayət qədər ciddi polulması kimi qiymətləndirilə bilər.

Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024