Bakıda 24 saatda sürücülərə 3500-dən çox protokol yazıldı
Tarix: 10-01-2019, 15:00 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Bakıda 24 saatda sürücülərə 3500-dən çox protokol yazıldı


Bakıdakı Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Q.Qarayev, H.Cavid prospektlərində, həmçinin A.M.Şərifzadə, A.Nemətulla, B.Vahabzadə, K.Rəhimov, R.Behbudov, S.Vurğun, 28 May və Ş.Qurbanov küçələrində qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameraları vasitəsi ilə dayanma və durma qaydalarının pozulması halları qeydə alınır.


Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.



M.Ağayev qeyd edib ki, insan faktoru olmadan avtomatik rejimdə fəaliyyət göstərən sistem vasitəsi ilə son 24 saat ərzində dayanma və durma qaydasının pozulması ilə bağlı 3500-dən artıq fakt aşkar olunub:


“Qeydə alınan qayda pozuntusu ilə bağlı avtonəqliyyat vasitəsi sahibləri barədə inzibati protokol tərtib edilib.


Sistemin əhatə dairəsinin genişləndirilməsi paytaxtın digər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarında da kameraların qurşadırılması ilə bağlı tədbirlər də davam etdirilir.



Məlumat üçün bildiririk ki, qanunsuz parklanmaya intelektual nəzarət sisteminin əsas kompanenti olan kameralar vasitəsi ilə əldə edilən məlumatların dövlət başçısının müvafiq fərmanında qeyd edildiyi kimi mərkəzi informasiya sisteminə inteqrasiya da təmin edilib.

Bir daha sürücülərə parklanma zamanı daha diqqətli olmağı, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələrini, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmağı tövsiyə edirik”.

aia.azшаблоны для dle 11.2



531 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

18-01-2019
17-01-2019
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
{sape_links}{sape_article}