Mobil versiya
Bakıda cibgirliklə məşğul olan şəxslər tutulub
Tarix: 18-12-2018 | Saat: 12:19
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda cibgirliklə məşğul olan şəxslər tutulub



Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 17-də Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində Abşeron rayon sakini olan qadının içərisində 440 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nəriman Məmmədov saxlanılıb.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə dekabrın 17-də marşrut avtobusunda Bakı şəhər sakini T.Rüstəmovun cibindən mobil telefonunu oğurlamağa cəhd göstərən paytaxt sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nizami Dadaşov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024