Lavrov: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi savaş meydanı olmamalıdır”
Tarix: 14-12-2018, 12:10 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Lavrov: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi savaş meydanı olmamalıdır”


"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) siyasi dava-dalaş və haqq-hesab çəkmək üçün arena olmamalıdır".


aia.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov QDİƏT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 39-cu iclasında deyib.

Nazir bildirib: "Çox təəssüf ki, son vaxtlar Qara dəniz regionunda vəziyyət pisləşib. Bu tendensiyanı aradan qaldırmaq və Qara dəniz bölgəsini sülh, sabitlik və çiçəklənmə zonasına çevirmək üzərində işləmək vacibdir".

Qeyd edək ki, QDİƏT-in 39-cu iclası bu gün Bakıda öz işinə başlayıb. Azərbaycanın 1 iyul - 31 dekabr 2018-ci il müddəti çərçivəsində QDİƏT-də sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilir. Sədrliyimizin əsas prioritetləri arasında QDİƏT məkanında səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi xüsusi yer tutur.

aia.azшаблоны для dle 11.2



546 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

18-01-2019
17-01-2019
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
{sape_links}{sape_article}