SOCAR: “Gürcüstan vətəndaşlarının borclarını biz ödəməmişik”
Tarix: 6-12-2018, 13:55 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

SOCAR: “Gürcüstan vətəndaşlarının borclarını biz ödəməmişik”

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstan vətəndaşlarının borclarının ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

SOCAR-dan Modern.az-a bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan vətəndaşlarının borclarını ödədiyi barədə yayılan xəbər şayiə və Azərbaycana qarşı təxribatdır:


“SOCAR olaraq bildiririk ki, Gürcüstan vətəndaşlarının banklara olan borclarının SOCAR tərəfindən ödənməsi ilə bağlı yayılan məlumatlar Azərbaycanın düşmənlərinin yaydığı şayiədir, təxribat və yalandan başqa bir şey deyil. Uzun illərdir qonşu Gürcüstanda fəaliyyət göstərən SOCAR başqa şirkətlər kimi ödədiyi qanuni vergilərdən başqa Gürcüstan dövlətinə və vətəndaşlarına heç bir ödəmə etmir və onların qarşısında heç bir öhdəlik daşımır.

Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla ölkəmiz üçün əlavə gəlir gətirir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə Vətənimiz üçün əldə etdiyimiz gəlirlər ötən il SOCAR-ın ümumi gəlirlərinin 90%-dən çoxunu təşkil edib. Təbii ki, SOCAR-ın əldə etdiyi bu nailiyyətlər Azərbaycan xalqının düşmənlərini heç də sevindirmir və onlar ölkə daxilində asayişi pozmaq və təxribat yaratmaq məqsədi ilə bu şayiələri yaymaqla məşğuldurlar”.

aia.azшаблоны для dle 11.2



524 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}