Binəqədidə icra başçısı qışa hazırlığı müzakirə etdi
Tarix: 5-12-2018, 17:42 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Binəqədidə icra başçısı qışa hazırlığı müzakirə etdi


Dekabrın 5-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın iclası keçirilib.

aia.az xəbər verir ki, iclasda icra başçısı Elxan Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Komunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehrəliyev, şura üzvləri, Rayon ictimaiyyətinin nümayəndələri, Kommunal xidmət təşkilatlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, təhsil, səhiyyə, həmçinin digər idarə və təşkilatların rəhbərləri iştirak ediblər.


Şura iclasına sədrlik edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev mövsümə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılığının və təsdiq edilmiş tədbirlər planına uyğun olaraq işlərin görüldüyü barədə məlumat verib.


Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayon təsərrüfatında görülən işlərin vəziyyəti haqqında məruzə ilə çıxış edib. Məruzədə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar görülmüş işlər barədə, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat öz əksini tapıb. Yolların qardan vaxtında təmizlənməsi məqsədi ilə səfərbər ediləcək texnikaların texniki veziyyətinin yoxlanıldığı, cavabdeh təşkilatlar arasında xüsusi iş qrafiki və növbətçilik cədvəlinin təsdiq olunduğu qeyd edilib.



Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Komunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehrəliyev çıxış ediblər. Natiqlər çıxışlarında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar görülməli işlərlə bağlı qarşıda duran vəzifələrin icrası ilə əlaqədar öz tövsiyə və təkliflərini veriblər.


Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev rayon ərazisində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görüldüyünü qeyd edib.

aia.azшаблоны для dle 11.2



529 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}