Nazirlik Sumqayıtda monitorinq keçirdi - 19 şadlıq sarayına “məcburi göstəriş”
Tarix: 5-12-2018, 11:52 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq və araşdırmalar aparılır.
Modern.az xəbər verir ki, keçirilən monitorinqlər zamanı şadlıq saraylarından 22-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.
Analizlərin nəticələrinə əsasən 19 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Aparılan araşdırma və monitorinq zamanı yalnız “Okean”, “Park Palace”, “Kiparis” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub.
Hazırda digər ictimai-iaşə obyektlərində monitorinq və araşdırmalar davam etdirilir.
aia.az
587 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər

2-05-2018, 10:56
Azərbaycanda məşhur şirkətə hücum - 70 min manat apardılar
8-08-2016, 10:22
Hərbi hissələrdə namaz otaqları ləğv olunur
4-05-2016, 19:27
İki erməni əsgərinin meyiti tapıldı
17-05-2016, 16:48
Azərbaycanın birinci xanımı Milli Məclisə müraciət etdi
3-03-2016, 13:02
8.2 bal gücündə zəlzələ - VİDEO
16-02-2019
15-02-2019
14-02-2019
{sape_links}{sape_article}