Gəncədəki yaşayış binasında partlayış - Ölən və yaralananlar var - YENİLƏNİB
Tarix: 20-11-2018, 11:28 | Saat: 15:47:00
Bölmə:Manşet / Hadisə | çapa göndər

Gəncədəki yaşayış binasında partlayış - Ölən və yaralananlar var - YENİLƏNİB


Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, dağıntılar altında qalanlar var.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, artıq dağıntılar altından bir nəfərin meyiti çıxarılıb.

Daha bir nəfər qadın dağıntılar altından çıxarılaraq xəstəxanaya aparılıb.

Təcili tibbi yardım qüvvələri hadisə yerindədir. Dağıntılar altında qalanların axtarışları davam etdirilir. Ərazidə xilasetmə işləri davam etdirilir.

***

09:05

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb.

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.


***

08:45

Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Əlavə məlumat veriləcək.

aia.azшаблоны для dle 11.2



549 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}